Samuxda ağır yol qəzası - ölənlər var

Samuxda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, hadisə Gəncə-İmamzadə yolunun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon Sakini İlqar Zeynalov idarə etdiyi "Hyundai" markalı avtomobilə hərəkətə olarkən idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü və sərnişini rayon sakini Mahir Məmmədov hadisə yerində ölüblər. Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

Vüqar Nəbiyev, Samux

DİGƏR XƏBƏRLƏR

Top