Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri görüşəcəklər

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri dövlət başçılarının sammitini hazırlamaq barədə razılıq əldə ediblər. Bunu brifinq zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, ölkələr həmçinin, gələcək əməkdaşlığın yol xəritəsini hazırlamaq barədə də razılığa gəlib. E.Məmmədyarov həmçinin əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu ilin sonunadək başa çatacaq və nəticədə əməkdaşlıq üçün böyük imkanlar yaranacaq. Nazir deyib: “Bu layihəyə tələbat var. Bundan başqa, hər üç ölkə digər növ – dəniz və magistral yük daşımalarını da işə salmaq niyyətindədir”. Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top