Bakıda marşrut avtobusu qəza şəraiti yaradıb - VİDEO

"Avqustun 22-si saat 20:37 radələrində "28 May" metrostansiyasından "Neftçilər" istiqamətində hərəkət edən 4 nömrəli avtobus Yusif Səfərov küçəsində "BakuBus"a məxsus 1 saylı marşrut avtobusunun qarşısına keçərək qəza vəziyyəti yaradıb və sərnişinlərə gərgin anlar yaşadıb". "Yeniavaz.com" xəbər verir ki, bu barədə "Bakubus" MMC-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, sərnişindaşıma xidmətinin kefiyyətli şəkildə təşkil olunmasına maneə yaradan bəzi sərnişinlərlə bağlı videgörüntülər mütəmadi şəkildə ictimaiyyətə təqdim edilir: "Təəssüf ki, bu cür sərnişinlərlə yanaşı, işinin məsuliyyətini hələ də anlamayan, xidmətin kefiyyətli şəkildə həyata keçirilməsinə əngəl olan, eyni zamanda sərnişinlərin həyatını təhlükəyə atan digər yol hərəkəti iştirakçılarına da rast gəlmək olur".

video

DİGƏR XƏBƏRLƏR

Top