"Aİ-98" benzininin bahalaşması qiymətlərə təsir göstərəcək? - RƏSMİ AÇIQLAMA

"Aİ-98 super" markalı benzinin qiymətlərindəki artım istehlak bazarında malların dəyərinə təsir göstərməyəcək.

Bunu Tarif (Qiymət) Şurasından deyiblər.

Şura bildirir ki, Azərbaycanda bu növ benzinin istehlakı minimal səviyyədədir: "Bu benzin "lüks" klass avtomobillərdə istifadə edilir. Ona görə də, "Aİ-98" benzinində qiymət artımının bazara təsiri barədə danışmaq qeyri-ciddidir".

Tarif (Qiymət) Şurası həmçinin qeyd edir ki, bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: "Bu marka benzin Azərbaycana gətirilir, ona görə qiymətlər dövlət tərəfindən tənzimlənmir".

Qeyd edək ki, bu gün "Aİ-98 super" benzininin litri 1,2 manatdan 1,3 manata bahalaşıb.

Qiymət artımına səbəb bu benzinin Azərbaycan gətirildiyi ölkədə, yəni Rumıniyada bahalaşması göstərilir.trend

DİGƏR XƏBƏRLƏR

Top