Başı, əlləri, ayaqları kəsilmiş meyit tapıldı - BAKIDA DƏHŞƏTLİ HADİSƏ

Bu gün Bakının Hövsan qəsəbəsində tapılmış insan meyitinin kimə məxsus olduğu hələlik məlum deyil.

"Yeniavaz.com" saytının lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan Aerasiya Stansiyasının mexaniki təmizləmə sahəsində tullantıların arasından Azərsu ASC-nın əməkdaşları tərəfindən aşkarlanan 35-40 yaşlı kişiyə məxsus olan meyitin başının, əllərinin və ayaqlarının kəsici alətlə kəsildiyi məlum olub. Əraziyə baxış keçirilərkən oradan kəsilmiş bədən üzvlərindən başqa hissəni tapmaq mümkün olmayıb.

Bildirilir ki, meyit bu gün saat 07 radələrində tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qətlə yetirilən şəxsin kimliyi, hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, ilkin müayinə zamanı qətl hadisəsinin təxminən 2-3 gün əvvəl törədildiyi müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top