Ərdoğan Bakıya Nazarbayevlə görüşdükdən sonra gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya Qazaxıstana səfər etdikdən sonra gələcək. Bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb. Xatırladaq ki, sentyabrın 10-11-i tarixlərində Ərdoğan iki günlük səfərlə Azərbaycana gəlməli idi. Həmin günlər ərzində Azərbaycan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, Ərdoğanın səfəri dövlət başçısının iş qrafikində baş vermiş dəyişikliklərlə bağlı təxirə salınıb. “Daily Sabah” yazır ki, sentyabrın 8-dən 10-na qədər Ərdoğan Qazaxıstanda səfərdə olacaq və burada ölkə prezidenti Nursultan Nazarbayevlə görüşəcək. Bir həftə sonra isə Ərdoğan Nyu-Yorkda BMT-nin Baş Assambleyasında iştirak edəcək. Bu tədbir 19-25 sentyabr tarixlərində keçiriləcək.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top