Türkiyədə Qurban bayramı zamanı 122 nəfər yol qəzasında həlak olub

Türkiyədə 10 gün davam edən Qurban bayramı tətilində 122 nəfər yol-nəqliyyat hadisələri nəticəsində həlak olub. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, yol polisi bayram tətili ərzində ümumilikdə 1 730 086 nəqliyyat vasitəsini yoxlayıb. Bunlardan 170 895-nə cərimə tətbiq olunub. 2017-ci ilin bayram tətili ərzində nəqliyyat vasitələrinin hərəkət sıxlığı əvvəlki illə müqayisədə 20 faiz artıb. Buna rəğmən, yol qəzalarında ölənlərin sayı 15 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top