Merkel: Ərdoğanın gözləri qarşısında dalaşmağımız qəribə olardı

Avropa qarşıdakı sammitdə Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünə dair danışıqların dayandırılması ehtimalını müzakirə etməlidir. “Yenivaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel Bundestaqda çıxış edərkən deyib. O bildirib: “Mən Aİ-nin qarşıdakı sammitində Türkiyə ilə münasibətləri, o cümlədən danışıqları təxirə salmaq və dayandırmaq barədə məsələni müzakirə etməyi təklif edəcəm”. A. Merkelin sözlərinə görə, Aİ-nin üzv ölkələri bu məsələdə həmrəylik nümayiş etdirməlidirlər: “Biz Ərdoğanın gözləri qarşısında Avropa İttifaqında dalaşsaq qəribə olardı”. Kansler əlavə edib ki, Türkiyədə hadisələrin inkişafı ciddi qayğı yaradır: “Türkiyə getdikcə və sürətlə hüquqi dövlət normaları yolundan çıxır”. Xatırladaq ki, ötən gün Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan etmişdi ki, Aİ ölkələri liderlərinin növbəti sammiti oktyabra planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top