Xəzər TV "Futbol saatı"nı bağladı

Ölkədə idman verilişlərinin onsuzda az olduğu bir məqamda bu sahəyə növbəti zərbə Xəzər TV-dən gəlib. Telekanal illərdir ölkə futbolunun nəbzini tutan, "imkanı daxilində" reallıqları tamaşaçıya göstərməyə çalışan "Futbol saatı" verilişinin yayımını dayandırıb. Məsələ ilə bağlı verilişin aparıcısı Sənan Abdullayevin münasibətini öyrəndik: "Televiziyanın yeni mövsüm üçün efir strategiyası müəyyən olunub və orada "Futbol saatı"na ehtiyac duyulmayıb". Qeyd edək ki, xəbəri ilk olaraq Futbol+ qəzeti yayımlayıb.

DİGƏR XƏBƏRLƏR

Top