Zaur ermənini peşman etdi VİDEO

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçisi Zaur Əliyev finala çıxıb.

O, iki ardıcıl qələbədən sonra yarımfinalda Ermənistan təmsilçisini də məğlub edib.

Zaur Əliyev rəqibi Hayk Asatryana 10:2 hesabı ilə qalib gəlib.

Həlledici görüşdə idmançımızın rəqibi Yaponiya idmançısı olacaq.

Qafqazinfo

Zaur Əliyev

DİGƏR XƏBƏRLƏR

Top