Yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. İlk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparır. Azərbaycan təmsilçilərindən 50 kq çəkidə mübarizə aparan Zaur Əliyev finala yüksəlib. Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub etdikdən sonra yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyib. Həlledici görüşdə onun rəqibi Yaponiya idmançısı olacaq.


Qeyd edək ki, Zaur Əliyev bir ay əvvəl 46 kq çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb. Final görüşləri 5 sentyabrda Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.
50 kq
FİNAL. Zaur Əliyev - Ken Matsui (Yaponiya)
1/2 final. Zaur Əliyev - Hayk Asatryan (Ermənistan) - 10:2
1/4 final. Niklas Jan Olov Pontus Öhlen (İsveç) - Zaur Əliyev - 1:2
1/8 final. Zaur Əliyev - David Keçkemeti (Macarıstan) - 8:0 (1.33 dəq)
54 kq
1/4 final. Əsgər Əlizadə - Alaksandr Peçurenko (Belarus) - 2:11
1/8 final. Ahmed Abdelhakim Merixi (Əlcəzair) - Əsgər Əlizadə - 1:9
58 kq
1/16 final. Sergey Çigirov (Rusiya) - Həsən Məmmədli - 3:0
63 kq
1/8 final, Ruslan Hədisov - Mostafa Kayed Xordeh (İran) - 1:6
100 kq
1/4 final. Sərxan Məmmədov - Çiprian İlie Trufan (Rumıniya) - 1:3
1/8 final. Sərxan Məmmədov - Tomas Jacek Vavrjinçik (Polşa) - 5:0

DİGƏR XƏBƏRLƏR

Top