ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: KXDR müharibə istəyir

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) müharibə istəyir. Bu barədə "Reuters" xəbər verib.
"Bizim səylərimizə baxmayaraq, Şimali Koreyanın nüvə proqramı əvvəlkindən də irəli çəkilmiş və daha təhlükəlidir", - deyə Heyli BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib. Daimi nümayəndə həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaları lazımi effekti verməyib. Daha əvvəl BMT baş katibi Antoniu Quttereş Təhlükəsizlik Şurasını Koreya böhranının nizamlanması ətrafında birləşməyə çağırıb.Report

DİGƏR XƏBƏRLƏR

Top