Gürcüstana səfər edən azərbaycanlıların sayı 19% artıb

2017-ci ilin avqust ayında Gürcüstana 220314 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur. Gürcüstan DİN-in məlumatına əsasən, ötən ay qonşu ölkəyə ümimilikdə 1080449 nəfər əcnəbi gedib. Bu da ötən ilin göstəricisindən 27,4 faiz çoxdur. Ötən ay Gürcüstana ən çox səfər edənlər arasında Ermənistan (12% artım), Rusiya (28% artım), Azərbaycan (19% artım), Türkiyə (42%), Ukrayna (4%) və İran (85%) vətəndaşları olub. Cari ilin yanvar-avqust aylarında isə qonşu ölkəyə səfər edənlərin sayı 5059106 nəfər olub. Bu da ötən ilin analoji göstəricisindən 18,9 faiz çoxdur.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top