Qroznıda 1 milyon adamın iştirakı ilə mitinq keçirilib

Bu gün Çeçenistanın paytaxtı Qroznıda Myanmada “müsəlmanlara qarşı törədilən soyqırım” əleyhinə keçirilmiş mitinqdə 1 milyondan çox adam iştirak edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu aksiyanın təşkilatçıları deyiblər. Bununla belə, onlar qeyd ediblər ki, tədbir insidentsiz ötüşüb. Qroznının mərkəzindəki mitinq səhnədə yerləşdirilmiş “Myanmada müsəlmanların soyqırımına yox” əsas şüarl ilə keçirilib. Aksiyada respublika rəhbərliyi iştirak edib. Mitinqdə Rusiya Prezidenti Vladimir Putinə Myanmada müsəlman rohincalara qarşı zorakılığın dayandırılmasına xidmət göstərmək xahişi ilə müraciət qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top