Dünyanın ən gözəl ölkəsi seçildi

Şotlandiya dünyanın ən gözəl ölkəsi seçilib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu, “Roug Guide” bələdçi nəşrinin ekspertlərinin oxucular arasında keçirdiyi sorğu zamanı məlum olub. Araşdırma iştirakçıları Şotlandiyanın vəhşi çimərliklərini, göllərini və qəsrlərini qeyd ediblər. Siyahıda ikinci yeri Kanada tutub. Yeni Zelandiya isə ilk üçlüyü tamamlayıb. İtaliya dördüncü, Cənubi Afrika Respublikası isə beşinci olub. İlk onluğa müvafiq olaraq, İndoneziya, İngiltərə, İslandiya, ABŞ və Uels daxil olublar. Qeyd edək ki, “Rough Guide” bələdçisi 1982-ci ildən nəşr olunur. Hazırda nəşr 200-dən çox istiqaməti əhatə edir və bütün dünya üzrə yayılır.

DİGƏR XƏBƏRLƏR

Top