Zakir Həsənovun Polşaya səfəri başlayıb


Sentyabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Polşa Respublikasının milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top