Qazax sakini Türkiyədə motosiklet qəzasında ölüb

Türkiyədə yaşayan Azərbaycan vətəndaşı qəzaya düşüb. Hadisə dünən Kırklarəli əyalətinin Dəmirköy qəsəbəsində baş verib. Belə ki, Qazax sakini, 1979-cu il təvəllüdlü Hüseynov Elçin Rövşən oğlu motosiklet idarə edərkən qarşısına çıxan avtomobillə toqquşmamaq üçün sükanı yan tərəfə döndərib. Nəticədə o, motosikletlə birlikdə divara çırpılıb. E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun həyat yoldaşı açıqlamasında sənədləşmə işləri üçün sabah, sentyabrın 5-də İstanbula gedəcəyini deyib. Bu işlər başa çatdıqdan sonra cənazənin Qazax rayonuna gətirilməsi üçün Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət olunacaq. Qeyd edək ki, cütlük bir ildir Türkiyədə yaşayırmış. E.Hüseynov inşaat sektorunda çalışırmış.Report

DİGƏR XƏBƏRLƏR

Top