Qırğızıstan-Myanma matçı təxirə salındı

Asiya Kuboku-2019 çərçivəsində Qırğızıstan və Myanma arasında keçirilməli olan seçmə oyunu təhlükəsizlik düşüncəsi ilə təxirə salınıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, oyun sentyabrın 5-də Bişkekdə keçirilməli idi. Matç Qırğızıstanın Baş naziri Sapar İsakovun qərarı ilə təxirə salınıb. Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir: “Myanmada mövcud mürəkkəb vəziyyət və məsələnin geniş ictimai rezonansa səbəb olması, eləcə də yüksək terror təhdidi və dinlərarası nifaq zəminində kütləvi iğtişaşların qarşısının alınması ilə əlaqədar matç təxirə salınıb”. Ölkənin hüquq-mühafizə orqanları oyun zamanı kütləvi iğtişaşların törədilə biləcəyinə dair məlumat əldə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top