Avropada benzinin ən ucuz və ən baha satıldığı ölkələr SİYAHI

Bu ilin ilk yarısında Avropanın əksər ölkələrində benzinin qiymətində ucuzlaşma müşahidə olunub. "Yeniavaz.com" xəbər verir ki, Rusiya mətbuatında yer alan məlumatda benziniz ucuzlaşmasına əsas səbəb kimi neftin qiymətinin aşağı düşməsi göstərilir. Məlumatda bildirilir ki, Avropa ölkələrində benzin qiyməti ilin əvvəlinə nisbətən 3,3% azalıb. Bu dövürdə Brent markalı neftinin qiyməti isə 12% azalıb. Avropa ölkələri arasında benzinin ən ucuz olduğu ölkə Qazaxıstan hesab olunur. Qazaxıstanda Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 47 sentə bərabərdir. İkinci sırada yer alan Belarusda Aİ-95 markalı benzinin 1 litri 63 sentə satılır. Üçüncü sırada qərarlaşan Rusiyada 1 litr Aİ-95 markalı benzinin qiyməti 0,66 sent təşkil edib. Dördüncü sırada yer alan Azərbaycanda Aİ-95 markalı benzinin (Premium) 1 litri 67 sentə (1,15 manat) bərabərdir.

Beşinci yerdə Ukrayna yer alıb. Bu ölkədə benzinin 1 litri 95 sentə bərabərdir. Bunlardan başqa Şərqi Avropa ölkələrində, o cümlədən də Fransa və Almaniyada benzin Qərbi Avropa ölkələrinə nisbətən daha ucuzdur. Ümumiyyətlə Avropada benzin ən yüksək qiymətə Norveçdə satılır. Bu ölkədə Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 1,72 dollara bərabərdir. Hollandiya, İtaliya, Yunanıstan, Danimarka da benzinin baha satıldığı ölkələr arasında yer alıb.

Məlumat üçün qeyd edək ki, bəzi Avropa ölkələrində qiymətlərin bu qədər yüksək olmasının əsas səbəbi benzinə tətbiq edilən vergilərdir.

Dizel yanacağına gəldikdə isə qeyd edək ki, Avropada dizelin ən ucuz satıldığı ölkə Azərbaycan hesab olunur. Azərbaycanda dizelin 1 litrinin qiyməti 35 sentə (60 qəpik) bərabərdir. Azərbaydan sonra ən ucuz dizel yanacağı Qazaxıstanda (42 sent), Rusiyada (62 sent) və Belarusda (65 sent) satılır. Dizelin ən baha satıldığı ölkələr isə Norveç (1 litr - 1,56 dollar), İsveç (1,55 dollar) və İtaliya (1,52 dollar) hesab olunur.

Yuxarıda qeyd olunduğu kimi, demək olar ki, bu ilin ilk yarısında əksər Avropa ölkələrində yanacağın qiymətində azalması müşahidə olunub. Benzinin qiyməti ən çox Macarıstan (-8,6%), Sloveniya (-6,6%) və Xorvatiyada (-6,5%) aşağı düşüb.

Avropada benzinin qiyməti bu il ərzində yalnız 5 ölkədə - Azərbaycan, Qazaxıstan, Belarus, Rusiya və Ukraynada bahalanıb.

DİGƏR XƏBƏRLƏR

Top