Goranboyda avtomobil aşıb, sürücü və sərnişin xəsarət alıb

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

“Nissan Xtrail” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü 1976-cı il təvəllüdlü Ceyhun Verdiyev və sərnişin 1979-cu il təvəllüdlü Hümbət Talıbov müxtəlif bədən xəsarətləri alıb və Gəncədə xəstəxanaların birinə yerləşdiriliblər.

Faktla bağlı Xocalı rayon Polis Şöbəsində araşdırma aparılır. Apa

DİGƏR XƏBƏRLƏR

Top