“Bentley” Serbiya Prezidentinin avtomobilini vurdu

Belqradda “Bentley” avtomobili içərisində Serbiya Prezidenti Aleksandr Vuçiçin olduğu maşını vurub.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insidentlə əlaqədar üç nəfər saxlanılıb. Hadisə sentyabrın 2-də yerli vaxtla saat 08:20-də baş verib, lakin onun barəsində indi məlum olub. İspan qeydiyyat nişanının olduğu “Bentley” avtomobili yolayrıcını keçərkən Serbiya Prezidentinin üç maşından ibarət karvanına çırpılıb. “Bentley”in içərisində üç gəncin olduğu qeyd edilir. “Bentley” maşın karvanındakı birinci avtomobili vurduqdan sonra hərəkəti davam etdirərək ikinci müşayiət maşının qarşısını kəsib. Yol hərəkət qanunu pozan “Bentley”ə yalnız maşın karvanın üçüncü avtomobili çata bilib. Bütün şübhəlilər 48 saat müddətinə saxlanılıblar. Qeyri-rəsmi məlumata görə, onlardan birinin analizində kokain izlərinə rastlanılıb. Gənclərin daha əvvəl müxtəlif cinayətlər törətdikləri də vurğulanır.

DİGƏR XƏBƏRLƏR

Top