Amerika tankları qonşu ölkəyə çatdı

ABŞ tankları və digər zirehli maşınlar “Agile Spirit 2017” təlimlərində iştirak etmək üçün Gürcüstana çatıb.

“Yeniavaz.com”un RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Qeyd edilir ki, “M1 Abrams” tankları və LAV zirehli transportyorları daxil olmaqla, Amerikanın hərbi texnikası Qara dənizdəki Poti limanına çatıb. Texnika yüklənib və dəmir yol nəqliyyatı ilə Samtsxe-Cavaxetiya bölgəsindəki Orfolo pliqonuna göndərilir. Məlumatda bildirilir ki, təlimlərin məqsədi NATO-nun çevik qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştiraka hazırlıq, eləcə də ABŞ və tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyətin qurulmasıdır”. Təlimlər sentyabrın 3-dən 11-dək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top