KİV: Cənubi Koreya ABŞ-ın ən güclü taktiki silahını yerləşdirməyə hazırdır

Cənubi Koreya hakimiyyəti Şimali Koreyanın yeni nüvə sınağı fonunda öz ərazisində ABŞ-ın ən güclü taktiki silahını yerləşdirmək variantını nəzərdən keçirməyə hazırdır.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, rəsmi Seul Şimali Koreyaya qarşı ən sərt sanksiyaların tətbiq olunmasının lehinə çıxış edəcək.

Xatırladaq ki, Şimali Koreya bu gün hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. Həmin başlıqlar qitələrarası ballistik raketlərin təchiz edilməsi üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın sayca altıncı nüvə sınağıdır. Cənubi Koreya tərəfinin fikrincə, Şimali Koreyanın partlatdığı döyüş başlığının gücü 100 kilotona çata bilər.

DİGƏR XƏBƏRLƏR

Top