
Rusiya və Çin Şimali Koreyaya neft məhsulları tədarük edir.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya hökumətinin dövlət katibi Yosihide Suqa Tokioda mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu artıq faktdır: “Ölkəmiz bunu diqqətlə izləyir, çünki Çin və Rusiyanın bu cur addımları dünya ictimaiyyətinin gördüyü tədbirlərə təsir edir”. Y. Suqa bəyan edib ki, daha səmərəli olması üçün Şimali Koreyaya hansı təzyiqin gücləndirilməsi baxımından ciddi addımları nəzərdən keçirir: “Bura Şimali Koreyanın xarici iqtisadi əlaqələri, valyuta daxilolmalarının mənbələri aiddir. Bu, çox vacibdir. Xam neft və neft məhsulları üzrə alqı-satqının tənzimlənməsi variantı var”. Xatırladaq ki, Şimali Koreya bu gün hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. Həmin başlıqlar qitələrarası ballistik raketlərin təchiz edilməsi üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın sayca altıncı nüvə sınağıdır.
Tətbiqimizi yükləyə bilərsiniz