İran vətəndaşı Cəlilabadda yol qəzasına düşüb - FOTO

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İran vətəndaşının idarə etdiyi "Renault" markalı avtomobil yol kənarındakı betona çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top