“Çelsi” “Qarabağ” matçı 75 manata

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsin birinci turunda “Qarabağ”la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb. "Zadəganlar" Ağdam klubu ilə matçın biletlərini 35 funt-sterlinqdən (75 manat) satışa çıxarıb. Uşaqlar və yaşlılar üçün biletlərin qiyməti isə 17,5 funt-sterlinqdir (38,5 manat).

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” oyunu 12 sentyabr tarixində saat 22:45-də keçiriləcək. qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top