Azərbaycan 90-cı oldu

Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək. Bu barədə Dünya Bankı (WB) məlumat yayıb. Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq. Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub.
Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir – bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1 378 665 000 nəfər (18,5%), Hindistanda isə 1 324 171 000 nəfər (17,8%) yaşayır.
Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323 127 000 nəfərdir.
Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 mln. nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir. report

DİGƏR XƏBƏRLƏR

Top