Kaliforniyada fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatının şimalında davam edən meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib. "Yeniavaz.com"un "A haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Kaliforniya ştatının qubernatoru Cerri Braun deyib. Ponderosa meşə yanğınları 1503 hektar ərazini külə döndərib, Brutte bölgəsində 30 evə ziyan vurub. Bölgədəki təqribən 500 evin sakinləri təxliyyə ediləcək. Yanğın ştatın paytaxtı Sakramentodan 137 kilometr aralıda yerləşən Orovill qəsəbəsinə yaxınlaşır. Yanğına səbəb kimi bölgədə qurulan düşərgədə ocağın yandırılması göstərilir. Bu arada Con Ballenger adlı şəxs yanğını törətməkdə şübhəli bilinərək məhkəməyə çıxarılıb. Onun günahı təsdiq olunarsa, yeddi il səkkiz ay həbs cəzası alacaq.

DİGƏR XƏBƏRLƏR

Top