DÇ-2018-in artıq 5 iştirakçısı məlumdur

Futbol üzrə Meksika yığması Şimali Amerikada DÇ-2018-in təsnifat mərhələsində Panama millisi üzərində qələbə qazanıb. "Yeniavaz.com"un "Sports.ru" saytına istinadən verdiyi məlumata görə, meksikalılar bu qələbə sayəsində gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının final mərhələsində iştirak etməyi özləri üçün təmin ediblər. Yeddi matçdan sonra komandanın hesabında 17 xal var və o, artıq turnir cədvəlində üçüncü pillədən aşağı düşməyəcək. Bununla da DÇ-2018-in artıq beş iştirakçısı məlumdur. Bunlar Rusiya (ev sahibi), Braziliya, İran, Yaponiya və Meksika yigmalarıdır.

DİGƏR XƏBƏRLƏR

Top