İstanbul 145 ölkəni geridə qoydu

1927-ci ildə aparılmış siyahıya almada əhalisinin sayı 806 863 nəfər olan İstanbulda 2016-cı ilin yekunlarına görə 14 804 116 nəfər yaşayır. "Yeniavaz.com"un "Yeni Akit" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir. 2016-ci ilin sonuna olan məlumata görə, 79 814 871 nəfərlik Türkiyə əhalisinin 18,5 faizini İstanbulda yaşayanlar təşkil edirlər. İstanbul əhalisinin sayına görə dünyadakı 216 ölkədən 145-ni geridə qoyur. Şəhərdə əhalinin sayının 2020-ci ilədək 15 850 684, 2023-cü ilədək isə 16 568 500 nəfərə çatacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top