Ukrayna polisi Mixail Saakaşvilinin qardaşını saxlayıb

Ukrayna Daxili İşlər Nazirliyi (DİN) Gürcüstanın keçmiş Prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin qardaşı Davidi Kiyevdə saxlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə M. Saakaşvili “Facebook” səhifəsində yazıb. O bildirib ki, bu gün səhər saat 08:00-də Ukrayna DİN rəhbəri Arsen Avakovun nümayəndələri David Saakaşvlini saxlayıblar: “O, Kiyevdəki evindən çıxarkən saxlanılıb və naməlum istiqamətə aparılıb. O, hüquqşünasdır, Ukraynada qalmaq haqqında sənədi olub, görünür bu yolla mənə təsir edərək qayıtmaq fikrimdən daşınmağımı istəyirlər. Siz məni yaxşı tanımırsınız, bu mənim Ukrayna və ukraynalıkarı qorumaq qətiyyətimi daha da gücləndirir”. Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva deyib ki, D. Saakaşvili Ukraynada qalma rejimini pozduğuna görə saxlanılıb: “Miqrasiya xidməti və polis onu saxlayıblar və deportasiyaya hazırlaşırlar”

DİGƏR XƏBƏRLƏR

Top