Polşa Rusiyadan hərbi təzminat istəyir

Polşa təkcə Almaniyadan deyil, həm də Rusiyadan hərbi təzminat qazanmağa çalışır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Varşavada hakim Haqq və Ədalət Partiyasının (PiS) siyasətçiləri bəyan ediblər. Polşa Seyminin PiS-dən olan deputatı Yan Mosinski bildirib ki, bu hərbi təzminatları hansı formada ödəmək üçün danışıqlar stolu arxasına oturmaq ədalətli olardı. Ölkənin ədliyyə nazirinin müavini Patrik Yakiy isə qeyd edib ki, Polşa 1945-ci ildən sonra II Dünya müharbəsinin ardından dövlətin bərpasına trilyonlarla zlotı (Polşanın pul vahidi) xərcləyib: “Əgər onları inkişafa xərcləsəydik, Polşa indi iqtisadi cəhətdən iki dəfə güclü olardı, biz iki dəfə çox qazanardıq. Buna görə məsuliyyəti alman dövləti daşıyır”. Y. Mosinski xatırladıb ki, 1921-ci ildə Sovet-Polşa müharibəsinin başa çatması barədə “Riqa müqaviləsi” bağlanıb: “Müqaviləyə əsasən, Sovet Rusiyası Polşaya 30 milyon rublu qızıl şəklində ödəməli idi. Bu kompensasiyalar ödənilməyib. Sovet Rusiyasının qanuni varisi olan Rusiya “Riqa müqaviləsi” ilə nə etməli olduğu barədə düşünməlidir. Rusiyalılar da Polşada etdiklərinə görə məsuliyyət daşımalıdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top