DÇ-2018: Azərbaycandan növbəti uğursuzluq VİDEO

Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatının təsnifat mərhələsinin oyunları davama edir. C qrupunda yer alan Azərbaycan millisi səfərdə Norveç yığmasının qonağı olub.

“Ullevaal” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesabı ilə başa çatıb. 32-ci dəqiqədə Bədavi Hüseynov cərimə meydançasında Coşua Kinqə qarşı kobud oynayıb. Sonuncu təyin olunmuş penaltini qola çevirib.

59-cu dəqiqədə isə kapitan Rəşad Sadıqov avtoqola imza ataraq hesab arasındakı fəri ikiyə çatdırıb.

Ardıcıl dördüncü məğlubiyyətdən sonra Azərbaycan millisi C qrupunda bir pillə geriləyərək beşinci yerdə qərarlaşıb. oxu.az

futbol

DİGƏR XƏBƏRLƏR

Top