“Aprel şəhidi” Altun Dəmirlinin 20 yaşı tamam olur - FOTO

Bu gün Şəmkir rayonunun ictimaiyyəti ötən ilin aprel ayında canını Vətən yolunda qurban verən Şəmkirin Düyərli kəndində doğulub boya-başa çatan Altun Dəmirlinin 20 yaşını böyük tənətənə ilə qeyd edib.

Şəmkir rayonunun İcra Hakimiyyətinin, Şəmkir rayon İdman Cəmiyyətinin təmsilçiləri, Düyərli kəndinin icra nümayəndəsi, Düyərli kəndindəki 2 saylı məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyəti şəhidin doğulduğu evindəki güşəsinə gül-çiçək dəstələri qoyublar.

Daha sonra tədbir şəhidin dəfn olduğu qəbristanlıqda davam edib. Məktəblilər şəhdin məzarı üstə vətənpərvərlik və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirib, öz çıxışlarında Altun kimi saf, qeyrətli və məğrur bir igidin onların həyat idealı olduğunu söyləyiblər.

Digər çıxış edənlər “Aprel şəhidləri”nin Azərbaycanın qəhrəmanlıq tarixinə yazdıqları silinməz izdən danışıblar.
Altun Dəmirli yaşasaydı bu gün 20 yaşını qeyd edəcəkdi.

İndi Vətən torpaqları uğrunda canından keçən şəhidlərimiz aramızda cismən olmasalar da, ruhən daim bizimlədirlər. Gün o gün olsun ki, onların arzuları çin olsun, uğrunda canlarını verdikləri Vətən torpaqları işğaldan azad edilsin.modern.az

DİGƏR XƏBƏRLƏR

Top