Onların da sevinməyə haqqı var

Mingəçevirdə Qurban bayramı münasibəti ilə uşaqlar üçün şənlik təşkil edilib. “Yeniavaz.com” xəbər verir ki,Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşkilatçılığı ilə valideyin himayəsindən məhrum olmuş və Mingəçevir Uşaq Nevroloji Sanatoriyasının uşaqları üçün bayram tədbiri keçirilib. Başçı öz çıxışında balacaları təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Tədbirdə şəhərin tanınmış musiqiçilərin ifasında şən musiqilər səslənib. Mingəçevir Dram teatrının aktyorları balacalara daha maraqlı anlar yaşadıb. Onların ifasında göstərilən məzəli yumor parçaları balacalarla yanaşı, böyüklərin də marağına səbəb olub. Uşaq yaradıcılıq mərkəzinin “Sevinc” rəqs qrupunun ifasında rəngarəng rəqs nömrələri səslənib. Tədbirdə balacalarda seirlər, musiqilər söyləyiblər. Daha sonra onlar da öz sözlərini icra başçısına çatırıblar. Tədbir şən musiqi sədaları altında davam edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top