Moskvada 200 min müsəlman bayram namazı qılıb

Moskvada Qurban bayramı namazında 200 mindən çox müsəlman iştirak edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən deyiblər. Bildirilir ki, paytaxt polisinin əməkdaşları Rusiya Qvardiyası ilə birlikdə dini ayinlərin keçirildiyi yerlərdə asayişi və təhlükəsizliyi təmin ediblər. Ümumilikdə Moskvada məscidlərin yaxınlığında hüquq-mühafizə orqanlarının 4,5 min işçisi növbədə durur. Polisdən qeyd ediblər ki, tədbirlər zamanı qanun pozuntusu halları aşkarlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top