"Kəmaləddin Heydərov verdiyi vədə əməl etmədi" - FOTOLAR

Mingəçevirin Sağ sahil Təbriz 2/17, M. Müşfiq 3 və 4 ünvanında yaşayan 40 mənzilli binanın 200 ailəsi acınacaqlı şəraitdə yaşayır. Belə ki, ikimərtəbəli taxta konstruksiyadan ibarət olan bina 1949-cu ildə istifadəyə verilib. “Yeniavaz.com” xəbər verir ki, bianın heç bir kommunal şəraiti yoxdur. Kanalizasiya sistemi, mətbəxi, vanna otağı, ayaqyolusu yoxdur. Sakinlər özləri üçün həyətdə bərbad vəziyyətdə ayaqyolu düzəldiblər. Anitsanitar şəriatdə yaşayan sakinlər “Yeniavaz.com” saytna müraciət edərək bildiriblər ki, müraciət etmədikləri qurum qalmayıb. Bina sakini Nabat İsmayılova deyir ki, 2015-ci ildə FHN nümayəndələri gəlib binaya baş çəkiblər. Nazir Kəmaləddin Heydərov özü şəxsən bina ilə gəlib tanış olub. Bizə bildirdilər ki, 2015-ci iln yeni ilini yeni mənzillərinizdə qarşılayacaqsınız. Lakin hələ də bir xəbər yoxdur. Bu yaxınlarda yaşlı qadının başına çardaqdan ilan düşdü, həmin qadın qorxudan xəstəlik tapıb bu yaxınlarda dünyasını dəyişdi. Ümumiyyətlə, bir neçə qonşumuz yeni şəraitli mənzil arzusu ilə bu həyatdan köçdülər. Bizim də daha ümidimiz qalmayıb. Xahiş edirik ki, gəlib bizim şəriatdə yaşasınlar, ondan sonra daha bizim deməyə sözümüz qalmaz. Hansı zəmanədir ki, biz həyətə vanna qoyub çimirik. Bunun qışı var, yağışı var. Səhər olanda həyətdə əlimizdə aftafa ayaqyoluna növbəyə dururuq. Qadın qız ,gəlin, kişi daha abrımız da qalmayıb. Bizim evə yaxınlarımız qonaq gəlmir. Hətta bina o qədər qəzalı vəziyətdədir ki, həyətdən avtomobil keçəndə ev sirkələnir. Hər gün siçovul, qurbağa və digər qorxulu həşəratlar öldürürük. Bu 200 ailədən heç birinin övladı bu günə qədər ail məktəbə qəbul olmayıb Çünki şəraitsizlikdən uşaqlar da oxumur.

Bina sakini Qarayeva Afət: “32 ildir bu binaya gəlin gəlmişəm. Bu günə qədər şəaitsiz vəziyyətdə yaşayıram. Həyat yoldaşım da bu vəziyyətin ucbatından xəstəlik tapdı. İndi birinci qrup əlildir. Əl arabasına məhkum olub.Mən onu ikinci mərtəbədən düşürüb ayaqyoluna aparıram, həyətdə stol qoyub vannada onu çimizdirirəm. Qış aylarında vəziyyətimiz daha acınacaqlı olur. Evin bir küncündə vanna, vedrə qoyub hamam, ayaqyolu işimizi görürük. 32 ildir bu vəziyyətdə yaşayırıq. Oğlumu əsgərliyə yola saldım, xəstəliyi ilə əlaqədar əsgərlikdən xaric etdilər. İndi biz 9 baş ailə bir-birimizin belə demək mümkünsə, içimizdə yatırıq. Yoldaşımı səhər evdən çıxarıb bütün günü həyətdə saxlayırıq, yazıq axşama kimi gözləyir ki, uşaqlar nə vaxt evə gələcək ki, onu yuxarı qaldırsınlar. Yoldaşımın artıq 58 yaşı var, ömrünün çoxu gedib, azı qalıb. Heç olmasa bu qalan ömrünü rahat yaşaya bilərdi. Axı biz də insanıq”.

“Sevinirdim ki, kənddən şəhərə gəlin köçürəm”. Digər sakin Əliyeva Şəhla Telman qızı 30 ildir Yevlax rayonunun Balçılı kəndindən bu ünvana gəlin köçdüyünü deyir: “Elə bildim şəhərə gələndə işim xeyli yüngülləşəcək. Sən demə, bizim kənd bundan şəraitli imiş. Artıq bu şəraitdən səhhətimdə problem yaranıb. İçəri, çölə vedrə daşımaqdan əldən düşmüşəm. Mən bura gələndən deyirlər bu bina köçürüləcək. Bizə aidiyyatı qurumdan bildirirlər ki, bu bina heç bir qurumun balansında deyil. Bəs onda biz niyə kommunal ödənişləri edirik. Elə isə bizdən kommunal ödənişlər niyə alını?r”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top