Lavrov gələn il prezident seçkilərinə qatılacaqmı?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, 2018-ci ildə Rusiya Prezidenti vəzifəsinə namizədliyini irəli sürməyəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə S. Lavrov tələbərlə görüş zamanı müvafiq suala cavab verərkən deyib. O bildirib: “Yaltaqlıq naminə deyil, səmimi olaraq açıq şəkildə bəyan edirəm ki, Prezident Putinlə işləmək mənə çox rahat və xoşdur. Və mən görürəm ki, bizim xarici siyasət cəbhəsində həll etməli olduğumuz bir sıra vəzifələr var. Nazirliyin bununla fəal məşğul olmasını həyatımda ən önəmli hesab edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top