PSJ-dən ikinci “transfer bombası”

PSJ klubu “Monako”dan Kilian Mbappenin keçidini rəsmən elan edib.

18 yaşlı futbolçu 2018-ci ilin iyun ayına qədər və sonradan satınalma şərti ilə icarəyə götürülüb.

İcarə müddəti başa çatdıqdan sonra Mbappe ilə 2022-ci ilə qədər müqavilə imzalanacaq.

Hücumçuya görə PSJ “Monako”ya 180 milyon avro ödəyəcək. Bununla da, Mbappe tarixin ikinci ən bahalı futbolçusu olacaq.

Bundan əvvəl Paris təmsilçisi “Barselona”dan Neymarı 222 milyon avroya transfer edib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top