Rusiya bəzi türk məhsullarına qoyduğu qadağanı götürdü

Rusiya sentyabrın 1-dən etibarən Türkiyədən bitki məhsullarının tədarükünə qoyulmuş qadağanı ləğv edir. "Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə bunu, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov deyib. Onun sözlərinə görə, həmin məhsulların idxalı 2016-cı ilin yazında fitosanitar düşüncələrinə gorə qadağan olunmuşdu: "Sentyabrın 1-dən isə Türkiyədən kahı salatları, aysberq salatları, balqabaqlar, yunan qabağı və bibərlərin tədarükü bərpa olunacaq". Nazir qeyd edib ki, Türkiyədən badımcan və nar idxalının məhdudlaşdırılması haqqında qərar qüvvədə qalacaq. A. Tkaçyov əlavə edib ki, Rusiya da, öz növbəsində özünün mal və quş əti istehsalçılarının məhsullarının Türkiyə bazarına buraxılmasını gözləyir: "Məhdudiyyətlərin aradan qaldırılması qarşılıqlı olmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top