İstanbulda bazara gedənlər təəccübləndi: Hər şey pulsuzdur

İstanbulun Bəyoğlu Piyalepaşa səmtindəki bazara bayram alış-verişi üçün gedənlər qida məhsullarının pulsuz satıldığını öyrəniblər. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, adı məlum olmayan bir iş adamı bazarda meyvə, tərəvəz, pendir və zeytun kimi qida məhsullarının olduğu bütün piştaxtaları satın alaraq onları vətəndaşlara pulsuz paylayıb. İş adamının məhsulların paylanması zamanı satıcılara da kömək etdiyi gözdən qaçmayıb. Hadisədən xəbəri olmayan alıcılar aldıqları məhsulun pulunu ödəmək istəyəndə hər şeyin pulsuz olduğunu öyrənərkən təəccübləniblər. Bu arada piştaxtalardakı bütün meyvə-tərəvəzlər iki saat ərzində paylanılıb qurtarıldı. İş adamı bununla da kifayətlənməyərək ətrafda simit, çay və qarğıdalı satan səyyar satıcıların bütün mallarını alaraq eyni şəkildə vətəndaşlara paylayıb. İş adamı yardım fəaliyyəti haqqında danışmağın düzgün olmadığını əsas gətirərək açıqlama verməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top