
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva şəhəri və eyniadlı vilayətdə sentyabrın 1-də insanların kütləvi toplaşdığı yerlərdə terror aktları törətməyə hazırlaşan iki İŞİD üzvünü aşkar edərək saxlayıb. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, saxlanılanlar Mərkəzi Asiya ölkələrindəndir. Onlardan biri soyuq silahla, digəri isə özünü partlatmaqla terror hücumu həyata keçirməyi planlaşdırıblar. Axtarış zamanı onların İŞİD üzvləri ilə əlaqə saxladıqları və sadiqlik andı içdikləri üzə çıxarılıb.
Tətbiqimizi yükləyə bilərsiniz