Ata-anasız böyüyən azərbaycanlı idmançının meyiti ortada qalıb

Azərbaycanlı idmançı, MMA növü ilə məşğul olan Xəzər Əliyev bir neçə gün əvvəl Livanın paytaxtı Beyrutda yol qəzası nəticəsində vəfat edib. İdmançının dostları bildiriblər ki, internat məktəbində böyüyən Xəzərin meyitinin ölkəyə gətirilməsi problemə çevrilib və onun nəşi Beyrut morqunda saxlanılır: "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.

Qeyd edək ki, X.Əliyev əslən Naxçıvanın Şərur rayonundandır və Ordubadda internatda böyüyüb.lent.az

DİGƏR XƏBƏRLƏR

Top