Rusiya hökuməti ölkə bazarını toz halında olan alkoqolun idxalından qorumaq niyyətindədir, onun istehsalı və satışı qadağan ediləcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş naziri Dmitri Medvedev hökumətin iclasında deyib. Onun sözlərinə görə, alkoqol bazarını tənzimləyəcək iki qanun layihəsi mövcuddur: “Onlardan biri ölkəmizdə toz halında olan alkoqolun istehsalını və satışını qadağan edir, ikincisi isə bu qadağanı pozmağa görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində ciddi cərimələri nəzərdə tutur”. D. Medvedev qeyd edib ki, bu cür alkoqol sağlamlıq üçün olduqca zərərlidir: “O, zəhərlənmə və daxili orqanların zədələnməsi təhlükəsi törədir. Toz şəklində olan alkoqolun istehsaçıları onu Avropa İttifaqı ölkələrində və ABŞ-da satmağa çalışırdılar, lakin praktiki olaraq hər yerdə hakimiyyət bu məhsulun ticarətini qadağan etdi”.