Goranboy sakini KARTOF ÇIXARAN maşın düzəldib - FOTO

Müxtəlif avtomobillərin detallarını toplayan Goranboy sakini 2 aya 2 min manat xərc çəkərək, maraqlı avtomobil hazırlayıb. "Yeniavaz.com" xəbər verir ki, yeni ixtira kartof əkinini, yığımını, suvarılmasını, dərmanlanmasını rahat həyata keçirir. 10 ildən artıqdır Goranboyda yaşayan Şəmkir sakini Elmar İsmayılov rayonun ucqar dağ kəndlərində icad etdiyi texnika ilə təsərrüfatçılara xidmət edir. Uzun illər avtomobil təmiri sexlərində çalışan Elmar İsmayılov yaşadığı dağ kəndinin kartofçuluqla məşğul olduğunu və bu işlərin əl əməyi ilə aparılıdığını görüb yeni texnikanı hazırlayıb. 4 dəfə cəhd etdikdən sonra istəyinə nail ola bilib. O, icad etdiyi avtomobillə kartof sahələrinə daxil olaraq məhsulu zədələmədən torpağın üzərinə çıxarır. Proses yekunlaşdıqdan sonra kənd sakinləri rahat şəkildə yığım aparırlar. Goranboyun Börü, Rus Borisi, Todan və digər ucqar dağ kəndlərində sahələrdə qızğın iş aparıldığından texnikanın boş dayanan vaxtı olmur. Elmar İsmayılov yeni ixtirasından yüksək gəlir əldə edə bilməsə də, çörək pulunu çıxara bilir. Onu da qeyd edək ki, bir neçə texnikanın görə biləcəyi işi həyata keçirən maraqlı görünüşlü avtomobili sahibi satmaq fikrində deyil. O yeni ixtiranı daha da təkminləşdirəcəyini deyir.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top