Rusiya “PDM-3”lərin Azərbaycana tədarükünü gələn il yekunlaşdıracaq

2010-cu il müqaviləsi üzrə Rusiyadan PDM-3 piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünü gələn il başa çatdırmaq planlaşdırılır. “Yeniavaz.com”un məlumatına görə, bunu TASS-a hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə deyib. Qeyd edək ki, Moskva və Bakı 2010-cu ildə silah və texnikanın iri partiyasının tədarükü barədə razılığa gəliblər. KİV-in məlumatına əsasən, söhbət T-90S tanklarının üç batalyonu, özüyeriyen artilleriya, yaylım atəşli reaktiv sistemlər və ağır odsaçan sistemlərindən gedir, eləcə də Azərbaycan təmir-təxliyyə və mühəndis maşınları əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top