Əsrin 100 ən nüfuzlu rusu – Lenindən Puqaçovayadək...

“Forbes” jurnalı əsrin ən nüfuzlu 100 rusiyalının siyahısını tərtib edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, jurnalın redaksiyası və ekspertlər 1917-2017-ci illə ərzində iqtisadiyyat, biznes, elm, cəmiyyət və siyasətə böyük təsir göstərmiş rusları seçiblər. Onların arasında Vladimir Lenin və Leonid Brejnev, İvan Pavlov və Nikolay Vavilov, Mayya Plisetskaya və Fyodor Şalyapin, Leonid Qayday və Sergey Eyzenşteyn var. Yüzilliyin ən nüfuzlu 100 rusiyalının sırasına müasir dövrün 21 şəxsi də daxil olub. Bunlar Rusiya Prezidenti Vladimir Putin, balet ulduzu Mixail Barışnikov, fizikaçı Jores Alferov,”Vkontakte” və “Telegram”ın qurucusu Pavel Durov, rejissor Nikita Mixalkov, hokkeyçilər Aleksandr Oveçkin və Vladislav Tretyak, müğənni Alla Puqaçova, riyaziyyatçı Qriqori Perelman, keçmiş maliyyə naziri Aleksey Kudrin və başqalarıdır. Onların arasında ən gəncinin 23 yaşı var. Bu, “Ethereum” kriptovalyutanın ixtiraçısı Vitalik Buterindir.

DİGƏR XƏBƏRLƏR

Top