Yarım milyon insan Həcc ziyarətinə buraxılmadı

Səudiyyə Ərəbistanı Həcc icazəsi olmadığından yarım milyon insanı ziyarətə buraxmayıb. Bu barədə Səudiyyə Ərəbistanı hökumətindən bildirilib.

Məlumatda qeyd olunub ki, artıq təxminən iki milyon zəvvar Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına toplanıb. Xəbərdə həmçinin vurğulanıb ki, Həcc ziyarəti müddətində müqəddəs məkanlarda 100 mindən çox polis, 155 sağlamlıq mərkəzi və 25 xəstəxanada 30 min tibb işçisi xidmət göstərəcək. publika.az

DİGƏR XƏBƏRLƏR

Top