Mədə kiçiltmə əməliyyatının nəticəsi - VİDEO

İnsanlar hər zaman gözəl görünmək üçün əllərindən gələni əsirgəmirlər. Bəziləri artıq çəkidən uzaq olmaq üçün həyatlarını pəhrizlə, az yeməklə davam etdirirlər. Elələri də var bütün zamanını idman salonlarında keçirirlər. İndi isə bu siyahıya daha bir üsul əlavə olunub - mədəkiçiltmə əməliyyatı. Əməkdaşlarımız bu əməliyyatın xeyri və mümkün riskləri ilə maraqlanıblar.

Son zamanlar artıq çəkidən xilas olmaq üçün mədəsini cərrahi müdaxilə yolu ilə kiçildənlərin sayı artır. Statistikaya görə, ölkəmizdə hər gün bu əməliyyat üçün orta hesabla 10-25 nəfər arası pasiyent həkimə müraciət edir. Üstəlik, 2013-cü ildən bəri bu rəqəm 3-4 dəfə artıb. Həkimlər deyirlər ki, bu əməliyyatın geniş yayılması tez bir zamanda nəticənin əldə olunması ilə bağlıdır.

"Bariatrik prosedur" adlanan bu əməliyyatın ən böyük üstünlüyü odur ki, bu əməliyyatdan sonra da qidanın mədəyə, mədədən nazik bağırsağa keçməsi prosesi saxlanılır. Ancaq bu əməliyyatı etmək üçün müəyyən göstərişlər də var. Ən vacib məsələ bədənin indekslərdir.

Əməliyyatdan sonrakı ilk 6 ayda sürətli çəki itkisi baş verir. Statistikaya görə, əməliyyat olunan şəxslər 1-1,5 il ərzində istədikləri çəkiyə düşə bilirlər. Lakin bu prosesinin davamlı olması üçün qidalanmaya mütləq əməl olunmalıdır. Spirtli içki, şirniyyat və çox kalorili qidaların qəbulu qadağan edilir. Əgər əməliyyatdan sonrakı dövrdə qida rejiminə əməl olunmasa, cərrahi müdaxilənin heç bir faydası olmayacaq. Bununla belə, əməliyyatın mümkün riskləri də var.

Əməliyyatın icazə verilmədiyi şəxslər də var. Mədə problemi olan şəxslər üzərində bu əməliyyat aparılmır. Əgər mədədə hansısa xəstəlik varsa, öncə bu, müalicə olunmalıdır. Şəkərli diabetdən əziyyət çəkəlnlər də mədələrini kiçildə bilməzlər. Ümumiyyətlə, bu əməliyyatın qiyməti isə 5500-7000 manat arasında dəyişir. Xezerxeber

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top