ABŞ-dakı qasırğa yarım milyon maşını “metalloma” çevirdi

ABŞ-da “Harvi” qasırğası nəticəsində təqribən yarım milyon avtomobil metal tullantılarına göndəriləcək.

“Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bura su ilə dolan və bərpa olunmayan bütün maşınlar daxildir. “Harvi” 2012-ci ilin oktyabrında Nyu-Yorkdan keçən “Sendi” qasırğasına nisbətənda daha çox zərər vurub. Həmin vaxt təxminən 250 min avtomobil zərər görmüşdü. Ekspertlər, həmçinin proqnozlaşdırırlar ki, bütün avtomobillər “metalloma” göndərilməyəcək. Bir çox maşın bərpa olunacaq və təkrar bazarda satılaçaq. ABŞ-da bu, qanunsuz deyil, lakin alıcıya maşının tarixçəsi barədə məlumat vermək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top